İdman
UFC 324-ün əsas döyüşünə mərc edən şəxs milyon dollardan çox pul itirdi
UFC 324-ün əsas döyüşünə mərc edən adı açıqlanmayan şəxs 1.3 milyon dollar itirib. Oxu.Az xəbər verir ki, bu barədə "RB-Sport" məlumat yayıb. Mərc edən şəxs britaniyalı Peddi Pimblettin amerikalı Castin Qetjini məğlub edəcəyinə 1.3 milyon dollar pul qoyub. Pimblett 1.50 əmsalla favorit hesab olunurdu, rəqibinə isə 2.65 və ya daha yüksək əmsallar təklif edilirdi. Döyüş tam beş raund davam edib və 37 yaşlı Qetjinin qələbəsi ilə başa çatıb. 31 yaşlı Pimblett, əvvəllər ardıcıl yeddi döyüşdə qalib gəldiyi üçün UFC-də ilk məğlubiyyətini alıb.
Mənbə
oxu.az