İdman

İngiltərə Premyer Liqası: "Arsenal" "Mançester Yunayted" səddini aşa bilmədi

25 Jan 2026, 22:36 1 baxış
İngiltərə Premyer Liqası: "Arsenal" "Mançester Yunayted" səddini aşa bilmədi
İngiltərə Premyer Liqasının 23-cü turu "Arsenal" - "Mançester Yunayted" qarşılaşması ilə əlamətdar olub. Oxu.Az xəbər verir ki, əzəli rəqiblər arasındakı oyun Londondakı "Emireyts" stadionunda baş tutub.
Meydan sahiblərindən Martines (29) və Merinonun (84) qollarına qonaqlar Mbemo (37), Dorqu (50) və Kunyanın (87) sərrast zərbələri ilə cavab veriblər - 2:3. Bu məğlubiyyətə baxmayaraq "Arsenal" 50 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir. "Mançester Yunayted" isə 38 xalla dördüncü yerdədir.
Mənbə oxu.az

Oxşar Xəbərlər