İdman

"Napoli" yeni hücumçu transfer edib

25 Jan 2026, 17:00 1 baxış
"Napoli" yeni hücumçu transfer edib
22 yaşlı hücumçu Jiovane "Verona"dan "Napoli"yə keçib. Oxu.Az bu barədə "Napoli" klubunun rəsmi saytına istinadən xəbər verir. Jiovane Braziliyanın "Korintians" klubunun yetirməsidir. O, keçən ilin yayında azad agent statusu ilə "Verona"ya keçmişdi. Cari mövsümdə A Seriyasında keçirdiyi 23 oyunda 3 qol və 4 məhsuldar ötürmə edib. Jiovanenin "Napoli" ilə müqaviləsinin müddəti uzadılma variantı ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulub.
"Napoli" yeni hücumçu transfer edib
Mənbə oxu.az

Oxşar Xəbərlər