Digər

Uitkoff Sadıqovu əfsanə adlandırdı

25 Jan 2026, 15:26 2 baxış
Uitkoff Sadıqovu əfsanə adlandırdı

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Kremlə son səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinin tərcüməçisini əfsanə adlandırıb.


Axar.az xəbər verir ki, bu barədə jurnalist Pavel Zarubin özünün Teleqram kanalında məlumat yayıb.


"Əfsanə! İndi səsini tanıya bilirəm. Sadıqovun səsi dünyanın ən yaxşı səsidir", - Uitkoff bildirib.


Qeyd edək ki, Putinin tərcüməçisi Rusiya Xarici İşlər Nazirliyinin Dilçilik Dəstəyi Departamentinin baş məsləhətçisi Aleksey Sadıqovdur.

Mənbə axar.az

Oxşar Xəbərlər