Digər
Murmansk 3 gündür işıqsızdır: Fövqəladə vəziyyət elan edildi
Rusiyanın Murmansk vilayətinin böyük hissəsi 3 gündür elektrik enerjisiz qalıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Murmansk vilayətinin qubernatoru Andrey Çibis vilayətdə artıq fövqəladə vəziyyət elan olunduğunu bildirib.
"Rosset" mütəxəssisləri gecə-gündüz işləmələrinə baxmayaraq, hələlik elektrik xətlərini bərpa edə bilməyiblər”, - Çibis deyib.
Mənbə
axar.az