Cəmiyyət

Bəzi rayonlarda yollar buz bağlayacaq

25 Jan 2026, 14:48 2 baxış
Bəzi rayonlarda yollar buz bağlayacaq
Azərbaycanda avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq görünüş məsafəsinin 500-1 000 metrədək məhdudlaşacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər