İdman

Qarrinça, Ronaldinyo, Zidan və indi də Baloqan: DÇ-də qeyri-adi statistika

02 Jul 2026, 13:52 2 baxış
Qarrinça, Ronaldinyo, Zidan və indi də Baloqan: DÇ-də qeyri-adi statistika
ABŞ milli komandasının hücumçusu Folarin Baloqan dünya çempionatının pley-off mərhələsində həm qol vuran, həm də qırmızı vərəqə alan Zinəddin Zidandan sonra ilk futbolçu kimi tarixə düşüb. Oxu.Az xəbər verir ki, bu maraqlı statistikanı "Opta" paylaşıb. Bosniya və Herseqovina ilə keçirilən 1/16 final qarşılaşmasında (2:0) 24 yaşlı forvard 45-ci dəqiqədə hesabı açıb. Lakin oyunun 64-cü dəqiqəsində o, kobud qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Baloqan dünya çempionatının pley-off mərhələsində belə bir statistika ilə yadda qalan dördüncü oyunçudur. Ondan əvvəl bu göstəriciyə DÇ-2006-nın finalında Zidan imza atmışdı. Bundan başqa, analoji nəticə iki braziliyalının - Ronaldinyo (DÇ-2002, 1/4 final) və Qarrinçanın (DÇ-1962, yarımfinal) hesabında var. ABŞ və Bosniya və Herseqovina arasındakı duel 2:0 hesabı ilə yekunlaşıb. İkinci qolu 82-ci dəqiqədə Malik Tillman rəqib qapısından keçirib. Beləliklə, amerikalılar 1/8 finala vəsiqə qazanıblar və iyulun 6-da əlavə vaxtda Seneqalı məğlub edən (3:2) Belçika ilə üz-üzə gələcəklər. Turnirin 1/8 final matçları iyulun 4-dən 7-dək, 1/4 final görüşləri iyulun 9-11-də, yarımfinallar isə iyulun 14-15-də keçiriləcək. Üçüncü yer uğrunda oyun iyulun 18-də Mayamidə, final qarşılaşması isə iyulun 19-da Nyu-Yorkda baş tutacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər