İdman

Qalmaqallı baş məşqçiyə "Sumqayıt"da vəzifə verildi

02 Jul 2026, 13:54 2 baxış
Qalmaqallı baş məşqçiyə "Sumqayıt"da vəzifə verildi

"Səbail"in sabiq baş məşqçisi Adil Şükürov "Sumqayıt" Futbol Akademiyasının direktoru təyin olunub.


Axar.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Qeyd edək ki, 48 yaşlı mütəxəssis daha öncə "Zirə", "Şüvəlan", "Kəpəz" və "Səbail" klublarında baş məşqçi vəzifəsində çalışıb.


Adil Şükürov, həmçinin müxtəlif dönəmlərdə "Bakı" Futbol Akademiyasında, Azərbaycanın U-15 və U-17 millilərində də məşqçi kimi fəaliyyət göstərib.


Xatırladaq ki, A.Şükürov "Kəpəz"i çalışdırığı zaman azarkeşlərlə arasında söz davası yaranmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər