Cəmiyyət

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi

02 Jul 2026, 13:39 2 baxış
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi

Azərbaycan Dəmir Yolları QSC (ADY) yay mövsümündə sərnişin tələbatını nəzərə alaraq iyulun 6-31-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.


Bu barədə Axar.az-a səhmdar cəmiyyətindən bildirilib.


Məlumata əsasən, qatar bazar ertəsi və çərşənbə günlərində Bakıdan, çərşənbə axşamı və cümə axşamı günlərində isə Ağstafadan yola düşəcək.


Qeyd edilib ki, sözügedən reyslərə biletləri 10% endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərsiniz. Bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Mənbə axar.az

Oxşar Xəbərlər