Cəmiyyət
Samuxdakı ağır qəzada yaralanan şəxslərin vəziyyəti açıqlanıb
Samuxda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin vəziyyəti açıqlanıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Samux Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə bu gün saat 9 radələrində 3 nəfər (qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirən şəxslər ambulator müalicə üçün evə buraxılıblar. Şükufə Süleymanlı
Mənbə
oxu.az