Cəmiyyət

Füzulidə avtomobillərdə qalanlar xilas edildilər - Video

25 Jan 2026, 13:02 2 baxış
Füzulidə avtomobillərdə qalanlar xilas edildilər - Video

Füzuli rayonu ərazisində yolların buz bağlaması səbəbindən vətəndaşlar avtomobillərdə köməksiz vəziyyətdə qalıblar.


Fövqəladə Hallar Nazirliyindən (FHN) Axar.az-a veirlən məlumata görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.


Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən "Cip" və "Mitsubişi" markalı minik avtomobillərinin hərəkəti təmin edilib və vətəndaşlara müvafiq köməklik göstərilib.


Mənbə axar.az

Oxşar Xəbərlər