Cəmiyyət

Məsumə Babayeva ilə vida mərasimi keçirilib

25 Jan 2026, 12:48 2 baxış
Məsumə Babayeva ilə vida mərasimi keçirilib
Ötən gün dünyasını dəyişən Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva ilə vida mərasimi keçirilib. Oxu.Az xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin nümayəndələri, mərhumun sənət yoldaşları, yaxınları və digər şəxslər iştirak ediblər. Mərhum dəfn edilməsi üçün Yeni Suraxanı qəbiristanlığına aparılıb. Xatırladaq ki, 74 yaşlı M.Babayeva uzun sürən xəstəlikdən vəfat edib. Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbə ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bəzi tamaşalarda uşaq rollarında çıxış edib. 1972-ci ildə institutu bitirdikdən sonra uzun illər Milli Gənc Tamaşaçılar Teatrında işləyib. Teatrda çalışdığı illər ərzində çoxsaylı, rəngarəng obrazlar yaradıb. "Qaraca qız", "Əlvida, Hindistan", "Mənim nəğməkar bibim" adlı tamaşalarda, "Qovğalı kəndinin gecələri", "Günaydın, mələyim!", "Qocalar", "İstanbul reysi", "Şəbəkə", "Bir ovuc torpaq" filmlərində yaratdığı parlaq obrazlarla tamaşaçıların dərin rəğbətini qazanıb. Aktrisa 10 mart 2014-cü ildə "Fəxri Mədəniyyət İşçisi" döş nişanı, 10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilib. 10 dekabr 2018-ci ildə "Tərəqqi" medalı ilə təltif edilib.
{{gallery}} Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər