Digər
Laricaninin qızı ABŞ universitetindən qovuldu
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qızı Fatimə Ərdəşir Laricani ABŞ-ın Corciya ştatındakı Emori Universitetindən uzaqlaşdırılıb.
Axar.az xəbər verir ki, bu barədə Emori Universiteti məlumat yayıb.
Məlumata görə, qərar artan siyasi təzyiqlər, ictimai etirazlar və ABŞ rəsmilərinin narazılığı fonunda qəbul edilib.
“İranın yüksək vəzifəli dövlət məmurunun qızı olan həkim artıq universitetdə çalışmır”, - açıqlamada bildirib.
Qeyd edək ki, bundan öncə Fatimə Laricaninin sözügedən universitetdə işlə təmin edildiyi barədə məlumat yayılmışdı.
Mənbə
axar.az