Digər

Kiyevdə 1700-ə yaxın bina istiliksiz qalıb - Kliçko

25 Jan 2026, 12:35 2 baxış
Kiyevdə 1700-ə yaxın bina istiliksiz qalıb - Kliçko

Ukraynanın paytaxtı Kiyevdə yanvarın 24-də Rusiyanın hücumundan sonra 1676 çoxmərtəbəli binanın sakinləri istiliksiz qalıb.


Axar.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko deyib.


O qeyd edib ki, kommunal xidmət və enerji işçiləri ötən gün axşamdan bəri 1600-dən çox evə istilik verilişini bərpa ediblər.


"Vacib infrastruktura dəyən ziyan nəticəsində dünən paytaxtda təxminən 6000 ev yenidən istiliksiz qalıb", - Kliçko yazıb.


O əlavə edib ki, kommunal xidmət işçiləri paytaxtda istiliyin tam bərpası üçün işlərini davam etdirirlər.

Mənbə axar.az

Oxşar Xəbərlər