Cəmiyyət

Sürücülər üçün təhlükə törədən səki - "Nə işıq, nə yol nişanı var"

25 Jan 2026, 01:48 2 baxış
Sürücülər üçün təhlükə törədən səki - "Nə işıq, nə yol nişanı var"
Baku TV-nin "Qaynar xətt"inə müraciət edən bir qrup sürücü Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsindəki yolun vəziyyətindən şikayətçi olub. Sürücülər bildiriblər ki, yolun ortasındakı daş səkilər gecə saatlarında görünmədiyi üçün ərazidə tez-tez qəzalar baş verir.
Sürücülərdən biri problemin texniki təchizatla bağlı olduğunu vurğulayıb: "İşıq yoxdur, yol nişanı yoxdur. Qaranlıqda oranı görmək mümkün deyil. Yola məsul olan qurumlar kimdirsə, gəlib bu məsələni düzəltməlidirlər". Digər şikayətçi isə hava şəraitinin qəza riskini artırdığını qeyd edib: "Orada neçə dəfə qəza baş verib. Xüsusən də yağışlı havalarda həmin hissəni heç görmək olmur".
Mənbə oxu.az

Oxşar Xəbərlər