Digər

Suriyada MN YPG-yə 15 gün vaxt verdi

25 Jan 2026, 00:37 2 baxış
Suriyada MN YPG-yə 15 gün vaxt verdi

Suriya Müdafiə Nazirliyi YPG terror təşkilatına verilən müddətin 15 gün uzadıldığını açıqlayıb.


Axar.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.


“Bəyan edirik ki, Suriya ordusunun bütün əməliyyat zonalarında atəşkəs 24 yanvar 2026-cı il saat 23:00-dan etibarən 15 gün müddətinə uzadılıb. Atəşkəsin uzadılması qərarı İŞİD məhbuslarını SDQ həbsxanalarından İraqa təxliyə etmək üçün ABŞ əməliyyatını dəstəkləmək məqsədilə qəbul edilib", - deyə nazirliyin açıqlamasında bildirilib.


Qeyd edək ki, bundan əvvəl atəşkəsin uzadıldığı barədə xəbər yayılmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər