Digər

Prezident Moldova ilə birləşmək üçün refendumu rədd etdi

25 Jan 2026, 00:48 2 baxış
Prezident Moldova ilə birləşmək üçün refendumu rədd etdi

Rumıniya Prezidenti Nikusor Dan Moldova ilə birləşmək üçün referendum keçirməyi rədd edib.


Axar.az xəbər verir ki, prezident referenduma qarşı çıxmasına səbəb kimi Moldova vətəndaşlarını göstərib.


"Moldova vətəndaşlarının seçdikləri məqsədlərlə bağlı iradəsinə hörmətlə yanaşırıq. Əgər hər hansı bir məqamda onların fikri dəyişərsə, biz də buna uyğun hərəkət edəcəyik", - Dan bildirib.


Qeyd edək ki, yanvarın 12-də Moldova Prezidenti Maya Sandu ölkəsinin Rumıniyaya qoşulmasını dəstəklədiyini bildirib. Bundan sonra Rumıniya prezidentinin müşaviri Yevgeni Tomak da danışıqlara hazır olduqlarını bəyan edib.

Mənbə axar.az

Oxşar Xəbərlər