İdman

İngiltərə Premyer Liqası: "Liverpul" "Qarabağ"la oyun öncəsi məğlub oldu

24 Jan 2026, 23:30 1 baxış
İngiltərə Premyer Liqası: "Liverpul" "Qarabağ"la oyun öncəsi məğlub oldu
İngiltərə Premyer Liqasının 23-cü turunda "Liverpul" səfərdə "Bornmut"un qonağı olub. Oxu.Az xəbər verir ki, qarşılıqlı qollarla yadda qalan oyunda meydan sahibləri qalib gəliblər.
İki qol vuran "Liverpul" qapısından üç top buraxıb - 3:2. Bu nəticədən sonra mersisaydlılar 36 xalla yarış cədvəlində 4-cü yeri tuturlar. "Bornmut" isə 30 xalla 13-cüdür. Qeyd edək ki, "Liverpul" yanvarın 29-da UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu turu çərçivəsində öz meydanında "Qarabağ"la üz-üzə gələcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər