İdman

Premyer Liqa: "Qəbələ" "Şamaxı"ya DARMADAĞINLA qalib gəldi

24 Jan 2026, 16:26 1 baxış
Premyer Liqa: "Qəbələ" "Şamaxı"ya DARMADAĞINLA qalib gəldi
Misli Premyer Liqasının 17-ci turunda "Qəbələ" səfərdə "Şamaxı"nı böyük hesabla məğlub edib. Oxu.Az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş Qəbələnin eyniadlı komandasının 0:4 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların heyətində ilk qolu 45-ci dəqiqədə Domi Massumo vurub. Hissələrarası fasilədən sonra, 46-cı dəqiqədə isə "Qəbələ" İsaak Amoahın sayəsində ikinci qola imza atıb. Görüşün 81-ci dəqiqəsində İsmael Akinade fərqi üç topa çatdırıb. Matça əlavə olunmuş vaxtda isə Fərid İsgəndərov komandasının dördüncü qolunun müəllifi olub. Qeyd edək ki, günün son görüşü "Azərsun Arena"da "Qarabağ"la "Kəpəz" arasında keçiriləcək. Matç saat 16:30-da start götürəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər