Cəmiyyət

Yeniyetmə qardaşlar qəzaya düşdü, biri öldü

24 Jan 2026, 16:00 2 baxış
Yeniyetmə qardaşlar qəzaya düşdü, biri öldü

Neftçalada baş verən qəzada yeniyetmə ölüb.


Axar.az xəbər verir ki, hadisə Neftçala rayonunun Aşağı Surra kəndi ərazisində qeydə alınıb.


Məlumata görə, "Mersedes Sprinter" və VAZ-2106 markalı avtomobillər toqquşub. VAZ-2106-da olan Neftçala sakini, 2011-ci il təvəllüdlü Murad Sabir oğlu Ələkbərov xəstəxanaya aparılarkən yolda ölüb.


Onun 16 yaşlı qardaşı Neftçala Rayon Xəstəxanasına yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər