İdman

"Sumqayıt" ukraynalı futbolçunu icarəyə götürdü

23 Jan 2026, 23:32 1 baxış
"Sumqayıt" ukraynalı futbolçunu icarəyə götürdü
"Sumqayıt" FK 2025/26 mövsümünün ikinci yarısı üçün növbəti futbolçu keçidini reallaşdırıb. Oxu.Az kluba istinadən xəbər verir ki, komanda müqavilə ilə Ukraynanın "Polissya" klubuna məxsus olan Danilo Beskorovaynıyı mövsümün sonuna qədər icarəyə götürüb. 26 yaşlı mərkəz müdafiəçisi "Sumqayıt" FK-nın heyətində "33" nömrəli formada çıxış edəcək. Qeyd edək ki, Danilo Beskorovaynıy karyerası ərzində "Polissya" ilə yanaşı Ukraynanın "Volın", "Krivbas", Litvanın "Atlantas", Slovakiyanın "Mixalovtse", "Dunayska Streda", Qazaxıstanın "Astana" klublarında çıxış edib. O, Ukraynanın U-20 millisində 9 oyun keçirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər