İdman
UFC döyüşçüsü çəkiölçmə mərasimindən dərhal sonra huşunu itirdi
UFC-nin ən yüngül çəki dərəcəsində çıxış edən amerikalı döyüşçü Kameron Smazerman çəkiölçmə mərasimindən dərhal sonra huşunu itirib. Oxu.Az bu barədə ESPN-ə istinadən xəbər verir. 28 yaşlı döyüşçü tərəzidən cəmi bir neçə addım uzaqlaşmışdı ki, yerə yıxılıb. İdmançıya dərhal tibbi yardım göstərilib. Smazerman yanvarın 24-də Las-Veqasda keçiriləcək UFC-324 turnirində həmvətəni Rikki Tursios ilə qarşılaşmalı idi. Baş vermiş hadisə səbəbindən döyüş ləğv edilib. Smazerman UFC-də indiyə qədər üç döyüş keçirib, bu döyüşlərin birində qalib gəlib, ikisində isə məğlub olub.
Mənbə
oxu.az