Ən çox gəlir əldə edən 10 futbol klubu...
"Deloitte Football Money League" konsaltinq şirkəti 2024/2025 mövsümü üzrə futbol klublarının gəlirlərinə dair reytinqi dərc edib.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, hesabata əsasən, gəlirlər üzrə lider “Real”dır.
Madrid klubunun ümumi gəliri 1,16 milyard avro təşkil edib. Əvvəlki hesabatda da Madrid təmsilçisi birinci olub və həmin vaxt göstərici 1,05 milyard avro təşkil edib.
“Real”ı 974,5 milyon avro gəlirlə “Barselona” izləyir. “Bayern” isə 860,6 milyon avro ilə üçüncüdür:
1. "Real" - 1,16 milyard avro
2. "Barselona" - 974,5 milyon avro
3. "Bayern" - 860,6 mln avro
4. PSJ - 837 mln avro
5. "Liverpul" - 836,1 mln avro
6. "Mançester Siti" - 829,3 mln avro
7. "Arsenal" - 821,7 mln avro
8. "Mançester Yunayted" - 793,1 mln avro
9. "Tottenhem" - 672,6 mln avro
10. "Çelsi" - 584,1 mln avro