İdman
"Mançester Yunayted"in yarımmüdafiəçisini bir sıra klublar transfer etmək istəyir
Yayda "Mançester Yunayted"dən ayrılacaq Kazemironun transferində bir sıra klublar maraqlıdır. Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, Braziliyanın "Korintians", Türkiyənin "Fənərbağça", Səudiyyə Ərəbistanının "Əl-Əhli" və İtaliyanın "Milan" klubları oyunçunu heyətlərinə qatmaq istəyirlər. Qeyd edək ki, braziliyalı futbolçunun "Mançester Yunayted"lə olan müqaviləsi bu ilin yayında başa çatır. Kazemironun klubla müqaviləsini uzadacağı gözlənilmir.
Mənbə
oxu.az