Siyasət

İspaniya Deputatlar Konqresinin sədri: "Beynəlxalq hüquq, suverenlik və ərazi bütövlüyü hər iki parlamentin ümumi prinsipləridir"

23 Jan 2026, 14:44 1 baxış
İspaniya Deputatlar Konqresinin sədri: "Beynəlxalq hüquq, suverenlik və ərazi bütövlüyü hər iki parlamentin ümumi prinsipləridir"
"Bu səfərlə İspaniyanın Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərin gücləndirilməsinə, eləcə də daimi və yüksəksəviyyəli siyasi və institusional dialoqun qorunub saxlanmasına sadiqliyini bir daha nümayiş etdiririk. Parlament diplomatiyası ölkələr arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, etimadın formalaşdırılması və regional sabitliyə töhfə verilməsi baxımından mühüm amildir". Oxu.Az xəbər verir ki, bu sözləri İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias Milli Məclisin sədri Sahibə Qafarova ilə keçirdiyi birgə brifinqdə deyib. "Bu görüş çərçivəsində İspaniyanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində əldə olunmuş irəliləyişlərə verdiyi yüksək qiyməti ifadə etmək imkanım oldu. Xatırladım ki, bu proses 2025-ci il avqustun 8-də Vaşinqton Sammitində imzalanmış razılaşmadan sonra başlanıb. Arzumuz budur ki, bu proses Qarabağ bölgəsində onilliklər boyu davam etmiş münaqişəyə son qoyacaq və sülh sazişi ilə yekunlaşaraq bölgədə rifah və əməkdaşlıq üçün yeni mərhələ açılmasına şərait yaradacaq. Bu prosesə əsas verən beynəlxalq hüquq, suverenlik və ərazi bütövlüyü hər iki parlamentin ümumi prinsipləridir", - deyə ispaniyalı parlamentari vurğulayıb. Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər