Siyasət

Ritter: "Sülh müqaviləsi qüvvəyə mindikdən sonra Aİ-nin müşahidəçi missiyasına ehtiyac qalmayacaq"

23 Jan 2026, 13:04 1 baxış
Ritter: "Sülh müqaviləsi qüvvəyə mindikdən sonra Aİ-nin müşahidəçi missiyasına ehtiyac qalmayacaq"
"Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi qüvvəyə mindikdən sonra Avropa İttifaqının (Aİ) müşahidəçi missiyasına ehtiyac qalmayacaq". Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Aİ-nin bu ölkədəki Müşahidə Missiyasının (EUMA) rəhbəri Markus Ritter bildirib. Onun sözlərinə görə, missiyanın 2023-cü ildən bəri həyata keçirdiyi fəaliyyətlər gələcəkdə də müəyyən formada davam edəcək. Ritter vurğulayıb ki, 2025-ci ilin avqust ayında Vaşinqton sazişi bağlandıqdan bəri sərhəddə heç bir insident qeydə alınmayıb. Qeyd edək ki, EUMA 2023-cü il fevralın 20-də Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində ikiillik mandatla fəaliyyətə başlayıb. 2025-ci il yanvarın 30-da missiyanın mandatı daha iki il müddətinə uzadılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər