İdman
UEFA Çempionlar Liqasının qalibi hansı klub olacaq? - "Qarabağ"ın da şansı dəyərləndirilib
UEFA Çempionlar Liqasını qazanmağa əsas namizəd komandanın adı açıqlanıb. Oxu.Az xəbər verir ki, məşhur "Football Meets Data" portalı bu barədə paylaşım edib. Belə ki, turniri qazanmağa bir nömrəli favorit İngiltərənin "Arsenal" futbol klubudur. Onların çempion olmaq ehtimalı 26 faizdir. Turnir cədvəlində ikinci yerdə qərarlaşan "Bavariya"nın 17 faiz, üçüncü yerin sahibi son çempion PSJ-nin isə çempionluq şansı 10 faiz göstərilib. UEFA Çempionlar Liqasında tarix yazan təmsilçimiz "Qarabağ"ın çempionluq şansı 0.1 faizdən daha az görünür.
Mənbə
oxu.az