İdman
Misli Premyer Liqası: XVII tura iki matçla start verilir
Misli Premyer Liqasında XVII tura bu gün start veriləcək. Oxu.Az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. Quba Olimpiya İdman Kompleksində "İmişli" "Araz-Naxçıvan"ı qəbul edəcək. Qarşılaşma saat 14:30-da start götürəcək. Günün ikinci qarşılaşmasında isə "Neftçi" öz meydanında "Zirə" ilə üz-üzə gələcək. Matç saat 19:00-da başlayacaq. Qeyd edək ki, tura yanvarın 25-də yekun vurulacaq. Misli Premyer Liqası XVII tur 23 yanvar 14:30, "İmişli" - "Araz-Naxçıvan" Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Əli Əliyev VAR: Elçin Məsiyev AVAR: Namiq Hüseynov Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: Asif Əliyev Quba Olimpiya İdman Kompleksinin stadionu. 19:00, "Neftçi" - "Zirə" Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Asiman Əzizli, Kamran Əliyev VAR: Rauf Cabarov AVAR: Eyyub İbrahimov Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Emin Cəfərov "Palms Sports Arena".
Mənbə
oxu.az