İdman

Pedri zədələndi: "Barselona"ya uzun müddət kömək edə bilməyəcək

23 Jan 2026, 04:18 1 baxış
Pedri zədələndi: "Barselona"ya uzun müddət kömək edə bilməyəcək
"Barselona"nın əsas futbolçularından sayılan Pedri uzun müddətə sıradan çıxıb. Oxu.Az bildirir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, 23 yaşlı yarımmüdafiəçi UEFA Çempionlar Liqasının yeddinci turu çərçivəsində səfərdə "Slaviya Praqa" ilə matçda ciddi zədə alıb. "Aparılan müayinələr təsdiqləyib ki, əsas heyətin futbolçusu Pedri matç zamanı sağ ayağının arxa bud əzələsindən zədə alıb. Zədənin sağalmasının bir ay vaxt aparacağı gözlənilir", - deyə məlumatda vurğulanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər