Cəmiyyət

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

22 Jan 2026, 22:12 2 baxış
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
Yanvarın 23-də "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq. Oxu.Az xəbər verir ki, RETSİ-dən verilən məlumata görə, "Düylün" 35/10 kV-luq yarımstansiyadan çıxan "Aza" 10 kV-luq elektrik xətti razılaşdırılmış sifariş əsasında açılacaq. İşlərlə əlaqədar Aza, Azad və Dar kəndlərində saat 12-dən 15-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər