İdman
Çempionlar Liqasında turun oyunçusu müəyyənləşdi
UEFA-nın mətbuat xidməti Çempionlar Liqasının əsas mərhələnin yeddinci turunun ən yaxşı oyunçusu mükafatı üçün keçirilən səsvermənin nəticələrini açıqlayıb. Oxu.Az xəbər verir ki, "Monako" ilə oyunda (6:1) bir qol vuran və üç məhsuldar ötürmə edən "Real Madrid"in vingeri Vinisius Junior həftənin oyunçusu seçilib. Braziliyalı futbolçu "Atletik Bilbao"nun yarımmüdafiəçisi Robert Navarro, "Barselona"nın yarımmüdafiəçisi Fermin Lopes və "Sportinq"in hücumçusu Luis Suareslə mübarizədə qalib gəlib.
Mənbə
oxu.az