İdman

Azərbaycan klublarının Çempionlar Liqasındakı qollarının sayı 150-yə çatdı

22 Jan 2026, 17:52 1 baxış
Azərbaycan klublarının Çempionlar Liqasındakı qollarının sayı 150-yə çatdı
Azərbaycan klublarının UEFA Çempionlar Liqasında vurduğu qolların sayı 150-yə çatıb. Oxu.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, yubiley qolunu Bəhlul Mustafazadə vurub. "Qarabağ"ın müdafiəçisi Liqa mərhələsinin VII turunun "Ayntraxt"la (Frankfurt, Almaniya) ev matçında qələbə topunun müəllifi olub - 3:2. Azərbaycan komandalarının qitənin ən nüfuzlu klub turnirinin təsnifat və əsas mərhələlərində keçirilən 116-cı matçda vurulan qolların sayı 150-yə çatıb. Bu qollara yeddi komanda imza atıb. "Qarabağ" hamıdan çox - 110 dəfə fərqlənib. "Neftçi" 18, "Bakı" 7, "Şəmkir" 6, "Kəpəz" 4, "Şamaxı" 3, "Xəzər Lənkəran" 2 qola sevinib. 150 qoldan 135-i təsnifat və pley-off, 15-i əsas mərhələlərdə (qrup və liqa) vurulub. Qeyd edək ki, Çempionlar Liqasında Azərbaycan təmsilçilərinin ilk qoluna İmamyar Süleymanov imza atıb. O, 1998-ci il iyulun 22-də baş tutan LKS (Polşa) - "Kəpəz" qarşılaşmasında (4:1) fərqlənib.
Mənbə oxu.az

Oxşar Xəbərlər