Dünya
Tramp Sülh Şurasının sədri olacağını açıqladı
ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının sədri olacağını bildirib. Bu barədə Oxu.Az TASS-a istinadən məlumat verir. "Bu qurumun sədri olmaq mənim üçün böyük şərəfdir", - deyə D.Tramp Davosda təşkilatın nizamnaməsinin imzalanması mərasimində bildirib. Qeyd edək ki, bu gün Davosda Azərbaycan da daxil olmaqla 20-yə yaxın ölkənin liderləri Sülh Şurasının Nizamnaməsini imzalayıblar.
Mənbə
oxu.az