Dünya
Macarıstan Sülh Şurasına üzvlük üçün pul ödəməyəcək
Macarıstanın Qəzza zolağını idarə edəcək Sülh Şurasına qoşulması heç bir maliyyə öhdəliyi ilə müşayiət olunmayacaq. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstan hökumət aparatının rəhbəri Gergey Qulyaş jurnalistlərlə görüşdə bildirib. O, ABŞ Prezidenti Donald Trampın təklif etdiyi yeni beynəlxalq quruma daimi üzvlüyün müraciət edənlərə bir milyard dollara başa gələcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. "Hökumətin dünənki iclasında baş nazirə Macarıstanın Sülh Şurasında iştirakını təmin etmək səlahiyyəti verilib. Buna uyğun olaraq, baş nazir bu gün Davosda bu barədə saziş imzalayacaq. Hökumətin bu məsələ ilə bağlı qərarı mediaya açıqdır və biz aydınlaşdırmaq istərdik ki, bu, heç bir maliyyə öhdəliyi daşımır", - G.Qulyas bildirib. O qeyd edib ki, bütün ölkələr sülh tərəfdarlarına və Ukraynadakı silahlı münaqişəni davam etdirməyə çalışanlara bölünüb, liderləri hərbi əməliyyatları dəstəkləyən Avropa İttifaqı isə beynəlxalq səhnədə "azlıqdadır". Qulyaş vurğulayıb ki, Macarıstan Sülh Şurasının sülh tərəfdarlarını bir araya gətirəcəyinə inanır və buna görə də bu təşkilatda iştirak onun maraqlarına uyğundur.
Mənbə
oxu.az