Dünya

Tramp: "Sülh Şurası BMT ilə əməkdaşlıq edəcək"

22 Jan 2026, 14:37 1 baxış
Tramp: "Sülh Şurası BMT ilə əməkdaşlıq edəcək"
ABŞ Prezidenti Donald Tramp qeyd edib ki, Sülh Şurası dünyanın bir çox ölkəsi ilə işləyəcək. Oxu.Az TASS-a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bunu Davosda Sülh Şurası Nizamnaməsinin imzalanma mərasimindəki çıxışında bildirib. "Sülh Şurası BMT və dünyanın bir çox ölkəsi ilə əməkdaşlıq şəraitində işləyəcək", - ABŞ Prezidenti deyib. "Bu gün çoxdan gözlədiyimiz həyəcanlı bir gündür. Bir çox ölkə şuraya dəvət alıb və hər kəs burada iştirak etmək istəyir. Biz BMT də daxil olmaqla bir çox başqa ölkələrlə işləyəcəyik. Buradakı hər kəsə təşəkkür etmək istəyirəm", - deyə ABŞ lideri bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər