Dünya
Ağ Ev lideri Sülh Şurasının Nizamnaməsini imzaladı
ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının Nizamnaməsini imzalayıb. Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir. Ağ Ev Sülh Şurasını rəsmi təşkilat olaraq təsis olunduğunu elan edib. "Təbrik edirəm, Prezident Tramp. Nizamnamə rəsmi qaydada qüvvəyə mindi və Sülh Şurası artıq rəsmi olaraq yaradılmış beynəlxalq təşkilatdır", - deyə Ağ Evin mətbuat katibi Kerolin Livitt ABŞ lideri sənədi imzaladıqdan sonra bildirib. Qeyd edək ki, Azərbaycan da daxil olmaqla, 19 ölkənin liderləri Sülh Şurasının nizamnaməsini imzalayıb.
Mənbə
oxu.az