Dünya
ABŞ "Abrams M1E3" tankının prototipini nümayiş etdirdi
ABŞ Quru Qoşunları Detroyt (Miçiqan) avtomobil sərgisində "Abrams M1E3" tankının prototipini ictimaiyyətə təqdim edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, yeni model hibrid mühərrik, təkmilləşdirilmiş transmissiya və raketləri vurmaq qabiliyyətinə malik müasir müdafiə sistemləri ilə təchiz olunub. Mühəndislər tankın çəkisini 25%, yanacaq sərfiyyatını isə 50% azaltmağı bacarıblar. Layihənin həyata keçirilməsinə "General Dynamics Land Systems" şirkəti tərəfindən təxminən 75 milyon dollar sərf olunub. Döyüş bölməsi "Formula-1" pilot kabinəsini xatırladan dizayna malikdir. ABŞ-nin Quru Qoşunları Baş Qərargah rəisi general Rendi Corc bildirib ki, "Abrams M1E3" qısa məsafələrdə hədəfləri son dərəcə dəqiq vurmaq imkanına malikdir. Tankın proqram təminatı tamamilə modernizə edilib. Silahlı qüvvələrə M1E3 tankının təhvil verilməsi iki il sonraya planlaşdırılır.
Mənbə
oxu.az