Dünya
KİV: ABŞ ordusu Arktikada əməliyyatlara hazır deyil
"ABŞ-nin Arktikada hərbi əməliyyatlar aparmaq üçün, demək olar ki, heç bir resursu və ya təcrübəsi yoxdur. Onlar belə hərbi proseslərə məsələn, Avropadakı NATO müttəfiqlərindən daha az hazırdırlar". Oxu.Az xəbər verir ki, bu barədə "The Times" nəşri hərbi mənbəsinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Skandinaviya ölkələri və Böyük Britaniya qüvvələri bu cür əməliyyatlara ən yaxşı şəkildə hazırlıqlıdır. Hərbi mənbə qəzetə bildirib ki, ABŞ qoşunları ötən il Norveçin şimalında keçirilən təlimlər zamanı çətinliklərlə üzləşiblər. Nəşr yazıb ki, ABŞ, həmçinin buzqıran texnologiyası üçün Finlandiyadan asılıdır. "Avropalılar lazımi təcrübəyə malikdirlər. Əgər ABŞ Prezidenti Donald Tramp regionu qorumaq istəyirsə, Arktika müttəfiqlərini qıcıqlandırmaqla səhv yolla gedir", - deyə hərbi mənbə bildirib.
Mənbə
oxu.az