İdman

Samir Hüseynov: "Azərbaycan boks tarixində ötən ilin dekabr ayında yeni bir tarix yazdı"

22 Jan 2026, 12:54 1 baxış
Samir Hüseynov: "Azərbaycan boks tarixində ötən ilin dekabr ayında yeni bir tarix yazdı"
"Azərbaycan boks tarixində ötən ilin dekabr ayında yeni bir tarix yazıldı". Oxu.Az xəbər verir ki, bunu boks üzrə Azərbaycan çempionatının açılış mərasimində Boks federasiyası prezidentinin müşaviri Samir Hüseynov deyib. O bildirib ki, 19 yaşlı boksçumuz Sübhan Məmmədov dünya çempionu olmaqla təkcə Azərbaycanda deyil, dünya boksunda da iz qoyub: "Sübhan Məmmədov hazırda IBA üzrə ən gənc dünya çempionu olaraq adını tarixə yazdırıb. Mən inanıram ki, burada bu gün çıxış edən boksçular arasında da belə potensiallı gənclər var. Bu respublika çempionatının əhəmiyyəti ondan ibarətdir ki, biz 2028-ci ildə keçiriləcək Olimpiya Oyunları üçün seçimlərə başlayırıq. Olimpiadaya gedəcək millinin heyəti burdan formalaşacaq. Əminəm ki, birgə səyimiz nəticəsində 2028-ci ildə Los-Anceles Olimpiadasında xalqımızı qızıl medallarla sevindirəcəyik". Qeyd edək ki, Boks Mərkəzində yeddi gün davam edəcək çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 33 komandanın 166 boksçusu qatılıb. Murad Nəsimi
Mənbə oxu.az

Oxşar Xəbərlər