Dünya

Orbitdə güc balansı dəyişir: Bezos yeni peyk şəbəkəsi qurur

22 Jan 2026, 11:40 1 baxış
Orbitdə güc balansı dəyişir: Bezos yeni peyk şəbəkəsi qurur
Milyarder Ceff Bezosun sahibi olduğu "Blue Origin" kosmik şirkəti "Starlink" layihəsinə rəqib olacaq peyk rabitə şəbəkəsini yaratmağı planlaşdırır. Oxu.Az CNBC-yə istinadən xəbər verir ki, "TeraWave" adlanan bu layihə çərçivəsində Yerə yaxın aşağı və orta orbitlərə 5408 peykin çıxarılması nəzərdə tutulur. Şirkətin bildirdiyinə görə, peyklər vasitəsilə məlumatların ötürülmə sürəti 6 terabit/saniyəyə qədər çatacaq. Peyk qruplaşmasının yerləşdirilməsinə 2027-ci ilin dördüncü rübündə başlanacağı planlaşdırılır. Məlumatda qeyd olunur ki, "TeraWave", əsasən, korporativ müştərilər, məlumat emalı mərkəzləri və dövlət qurumları üçün nəzərdə tutulacaq. Bu baxımdan, layihə "SpaceX" şirkətinə məxsus" Starlink" şəbəkəsi ilə rəqabət aparacaq. Hazırda "Starlink"in 9 000-dən çox peyki və təxminən 9 milyon istifadəçisi var. 2025-ci ilin sentyabrında "Roskosmos"un baş direktoru Dmitri Bakanov Rusiyada "Starlink"ə bənzər peyk rabitə sisteminin yaradılacağını açıqlamışdı. 2025-ci ilin noyabrında isə Dövlət Dumasının informasiya siyasəti komitəsinin sədri Sergey Boyarski bildirib ki, "Starlink"ə suveren cavab kimi "Rassvet" adlı aşağıorbitli peyk qruplaşması yaradılacaq. Onun sözlərinə görə, layihə istifadəyə verildikdən sonra Rusiya bu texnologiyanı müttəfiq ölkələrə də təqdim etməyi planlaşdırır.
Mənbə oxu.az

Oxşar Xəbərlər