Dünya

Tramp Qrenlandiya sakinlərinə ABŞ-yə qoşulmağa razılıq vermələri üçün külli miqdarda pul ödəməyə hazırlaşır

22 Jan 2026, 10:44 1 baxış
Tramp Qrenlandiya sakinlərinə ABŞ-yə qoşulmağa razılıq vermələri üçün külli miqdarda pul ödəməyə hazırlaşır
ABŞ Prezidenti Donald Tramp adanın ABŞ-yə birləşdirilməsinə səs verəcəyi təqdirdə, Qrenlandiyanın hər bir sakininə bir milyon dollar təklif etməyi planlaşdırır. Oxu.Az-ın xəbərinə görə, bu barədə Britaniyanın "Daily Mail" qəzeti məlumat verib. Qeyd edilir ki, siyasətçi hələlik bu ideyanı nəzərdən keçirir. Qrenlandiyada 57 000 insan yaşayır. Qrenlandiya Danimarka Krallığının bir hissəsidir. Lakin Tramp dəfələrlə bəyan edib ki, ada ABŞ dövlətinin bir hissəsi olmalıdır. Yanvarın 5-də o, ölkəsinin milli təhlükəsizliyini təmin etmək üçün Qrenlandiya üzərində nəzarət yaratmaq planlarını açıqlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər