İdman
"Barselona" antirekord müəyyənləşdirdi
İspaniyanın "Barselona" klubu UEFA Çempionlar Liqasında (ÇL) antirekord müəyyənləşdirib. Oxu.Az xəbər verir ki, bu barədə "OptaJose" məlumat yayıb. Məlum olub ki, komanda Avropa Çempionlar Kuboku/UEFA Çempionlar Liqası tarixində ilk dəfə ardıcıl 10 oyunda qol buraxıb. Qeyd edək ki, "Barselona" ÇL-in əsas mərhələsinin VII turunda dünən səfərdə "Slaviya Praqa"nı 4:2 hesabı ilə məğlub edib.
Mənbə
oxu.az