İdman
"Zirə"nin legionerləri diqqət mərkəzində: Həm qol vurdular, həm də qələbə qazandırdılar
"Zirə" klubunun futbolçuları milli komandalarının heyətində növbəti oyunlarını keçiriblər. Oxu.Az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, Mozambik millisində çıxış edən Rikardo Gimaraeş Sudan yığmasına qarşı keçirilən oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Mozambik seçməsi rəqibini 4:1 hesabı ilə məğlub edib. Ruanda millisində çıxış edən Anje Mutsinzi isə səfərdə Kabo-Verde yığması ilə qarşılaşıb. "Zirə"nin müdafiəçisi komandasının 2:1 hesablı qələbəsinə 1 məhsuldar ötürmə ilə töhfə verib. Qeyd edək ki, "Zirə" Azərbaycan çempionatında 6 turdan sonra 10 xalla 5-ci pillədə qərarlaşıb.
Mənbə
oxu.az