Digər
Qalmaqal: Türkiyə bu, AB digər ölkəyə qarşıdır
Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etmək niyyətindədir, lakin AB Tiflisin namizədliyinə qarşı çıxır.
Axar.az xəbər verir ki, bu barədə “Rapporteur” məlumat yayıb.
Məlumata görə, bu vəzifəyə rəsmi namizəd AB tərəfindən dəstəklənən Cənubi Kiprdir:
“Türkiyə isə Cənubi Kiprin namizədliyini əngəlləyir və nəticədə gələcək sədrliyə dair məsələ açıq olaraq qalır. AB nümayəndəsi Kristian Viqand Brüsselin Kiprin namizədliyini dəstəklədiyini və alternativ namizədləri nəzərdən keçirmədiyini bildirib. Bu fonda xüsusilə Baltikyanı ölkələr Gürcüstanın namizədliyinə qarşı çıxır”.
Mənbə
axar.az