İdman

UEFA Çempionlar Liqası: "Qarabağ"ın futbolçusu bir göstəricidə ilk beşlikdə qərarlaşıb

22 Jan 2026, 09:48 1 baxış
UEFA Çempionlar Liqası: "Qarabağ"ın futbolçusu bir göstəricidə ilk beşlikdə qərarlaşıb
"Qarabağ"ın müdafiəçisi Kevin Medina UEFA Çempionlar Liqasının əsas mərhələsində ən çox top qazanan futbolçuların siyahısında yer alıb. Oxu.Az "Report"a istinadən xəbər verir ki, 32 yaşlı oyunçu bu göstəriciyə görə beşinci pillədə qərarlaşıb. Kolumbiyalı futbolçu Liqa mərhələsindəki yeddi matçda 52 dəfə buna nail olub. İlk sırada İspaniyanın "Atletik" klubundan Aytor Parades (68) yer alıb. İtaliyanın "Atalanta" komandasından Odilon Kossunu (56) ikinci, Qazaxıstan təmsilçisi "Kayrat"da çıxış edən Yeqor Sorokin (54) üçüncü, Çexiyanın "Slaviya" klubundan David Zima (53) dördüncüdür. Qeyd edək ki, "Qarabağ" ötən gün Çempionlar Liqasının Liqa mərhələsinin VII turunun oyununda Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasını 3:2 hesabı ilə üstələyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər