İdman
UEFA Çempionlar Liqası: "Yuventus", "Bavariya" və "Çelsi" öz meydanlarında qalib oldular
UEFA Çempionlar Liqasının əsas mərhələsində yeddinci turun növbəti oyunları baş tutub. Oxu.Az xəbər verir ki, yeddinci tura doqquz qarşılaşma ilə yekun vurulub. Maraqla gözlənilən "Yuventus" - "Benfika" matçı 2:0 hesabı ilə yekunlaşıb. "Qoca sinyora"nın qollarını Kefren Türam-Yulyen və Ueston Makkenni vurublar.
"Bavariya" - "Royal Union" matçı da eyni hesabla başa çatıb - 2:0. Harri Keynin biri penaltidən olmaqla dublu qonaqları məğlub etməyə kifayət edib.
"Çelsi" - "Pafos" matçının taleyini bir qol həll edib - 1:0. Moyses Kaysedo "zadəganlar"a qələbə qazandırıb.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb: "Qarabağ" - "Ayntraxt Frankfurt" - 3:2; "Qalatasaray" - "Atletiko Madrid" - 1:1; "Atalanta" - "Atletik Bilbao" - 2:3; "Marsel" - "Liverpul" - 0:3; "Nyukasl Yunayted" - PSV - 3:0; "Slaviya Praqa" - "Barselona" - 2:4.

Mənbə
oxu.az