Dünya

Trampdan Roma Papasına mühüm ÇAĞIRIŞ

22 Jan 2026, 01:12 1 baxış
Trampdan Roma Papasına mühüm ÇAĞIRIŞ
Roma Papası XIV Leo ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Qəzza Sülh Şurasında iştirak etmək üçün dəvət alıb. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Bildirilir ki, hazırda Katolik Kilsəsinin rəhbəri tərəfindən dəvətə rəsmi cavab verilməyib. Xatırladaq ki, Qəzza Sülh Şurası layihəsinin rəsmi açılışı 2026-cı il yanvarın 15-də baş tutub. Bu barədə ABŞ Prezidenti Donald Tramp ictimaiyyətə açıqlama verib. Sülh Şurasının əsas məqsədi münaqişə bölgələrində sabitliyin dəstəklənməsi, qanuniliyin bərpası və uzunmüddətli sülhün təmin edilməsidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər