Dünya
Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı
Tehran nüvə proqramını davam etdirərsə, ABŞ İrana qarşı yenidən hərbi güc tətbiq etməyə hazır olacaq. Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp CNBC-yə verdiyi müsahibədə bildirib. "İrana hücum... Əgər bu işlə məşğul olmağa davam etsələr, bu, yenidən baş verəcək. Onlar nüvə proqramını dayandırmalıdırlar. Onlar nüvə proqramları ilə təcrübələr aparmağa davam edirlər", - deyə ABŞ lideri bəyan edib.
Mənbə
oxu.az