İdman

UEFA Çempionlar Liqası: "Barselona" və "Liverpul"dan inamlı qələbə

22 Jan 2026, 02:02 1 baxış
UEFA Çempionlar Liqası: "Barselona" və "Liverpul"dan inamlı qələbə
UEFA Çempionlar Liqasının liqa mərhələsində yeddinci turun növbəti oyunları baş tutub. Oxu.Az xəbər verir ki, tura doqquz qarşılaşma ilə yekun vurulub. Praqada yerli "Slaviya"nın qonağı olan "Barselona" azarkeşlərini sevindirib. Katalonlar rəqibin müqavimətinə baxmayaraq, inamlı qələbə qazanıblar - 2:4. Səfərdə "Marsel"lə qarşılaşan "Liverpul" meydan sahiblərinə şans verməyib. Mersisayd klubu fransızların qapısında üç cavabsız top keçirib - 0:3. Beləliklə də, liqa mərhələsinin son turu ərəfəsində "Barselona" 13 xalla 9-cu yeri tutur. "Liverpul" isə 15 xalla 4-cü pillədə qərarlaşıb. Günün digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb: "Qarabağ" - "Ayntraxt Frankfurt" 3:2; "Qalatasaray" - "Atletiko Madrid" 1:1; "Atalanta" - "Atletik Bilbao" 2:3; "Bavariya" - "Royal Union" 2:0; "Çelsi" - "Pafos" 1:0; "Yuventus" - "Benfika" 2:0; "Nyukasl Yunayted" - PSV 3:0.
Mənbə oxu.az

Oxşar Xəbərlər