İdman

Dennis Şmitt: "Oyuna yaxşı başlamadıq, çox tez qol buraxdıq"

22 Jan 2026, 00:42 1 baxış
Dennis Şmitt: "Oyuna yaxşı başlamadıq, çox tez qol buraxdıq"
"Oyuna yaxşı başlamadıq. Çox tez qol buraxdıq". Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda keçirilən "Qarabag" - "Ayntraxt Frankfurt" matçından sonra keçirilən mətbuat konfransında Almaniya təmsilçisinin baş məşqçi vəzifəsini müvəqqəti icra edən Dennis Şmitt deyib. O bildirib ki, "Qarabağ" ikinci hissədə güclü pressinq edirdi: "Hesab 2:2 olandan sonra "Qarabağ" sürətli hücumlar etməyə başladı. Biz onların qabağını təkə-tək mübarizələrdə almağa çalışsaq da, bu planımız alınmadı. Biz rəqibdən bir səhv çox etdik və onlar bundan istifadə edib oyunu qazandılar. Sabah meydanda buraxdığımız bütün səhvləri təhlil edib gələcək oyunlara köklənəcəyik". Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma 3:2 "Qarabağ"ın qələbəsi ilə başa çatıb. Murad Nəsimi
Mənbə oxu.az

Oxşar Xəbərlər